Bu gün Ay qırmızı rəngdə olacaq

Bu gün Yer sakinləri növbəti Ay tutulmasının şahidi olacaqlar. 

Məlumata görə, budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu 

hadisə “qanlı Ay” kimi tanınır.  

Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.

Qeyd edək ki, bu maraqlı təbiət hadisəsi Moskva şəhərindən daha aydın görünəcək. (modern.az)

7.08.2017 11:02 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo