Ərəblər Azərbaycanda yeni nümayəndəlik açır

Samir Soltanov/AZADİNFORM. Bu il Azərbaycanda Acman Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyi açılacaq. 

Azadinform xəbər verir ki, Azərbaycanla yanaşı, belə bir nümayəndəlik Çin, İsveçrə, Kanada və Honkonqda da açılacaq. Acman AİZ-in nümayəndəliyinin açılmasının xarici investorlarla əlaqələrin möhkəmləndirilməsinə və yeni investisiyaların cəlb edilməsinin artırılmasına yardım edəcəyi gözlənilir. 

Qeyd edək ki, Acman AİZ 1988-ci ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaradılıb. Hazırda zonada 22 min şirkət fəaliyyət göstərir.

7.08.2017 10:42 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo