"Ərimin mənə xəyanət etdiyini bilmirdim"

Keçmiş model Demet Şener basketbolçu həyat yoldaşı İbrahim Kutluayın ona xəyanətindən xəbərsiz olduğunu deyib.

Azadinform-un məlumatına görə, ərinin Edvina Sponza ilə eşq yaşadığını iddia edən və ailəsini dağıtdığı üçün onu məhkəməyə verib təzminat tələb edən Demet qarşı tərəfin də məhkəməyə müraciət etməsindən danışıb. O, Edvinanın “Demetin məhkməyə təqdim etdiyi şəkillər məndən icazəsiz əlinə keçib” iddiasına Şenerin cavabı belə olub: 

“Yəqin evinə girib götürmüşəm. İbrahimlə olan fotolarını o özü mənə göndərib. Yoxsa gözümün içinə baxan ərimin mənə xəyanət etdiyini bilmirdim. Məni məhkəməyə verib. Amma şikayət ərizəsində yazdıqları boş şeylərdir. Mən sübutlarımı təqdim etmişəm”.

4.08.2017 22:31 / Baxılıb: 259 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo