İtaliyada Azərbaycanla bağlı tədbir keçirilib

İtaliyanın Ariano İrpino şəhərində Beşinci Ariano Beynəlxalq Film Festivalı (Ariano İnternational Film Festival) çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib.

Bu barədə Azadinform-a Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Elmar Bağırov və İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Manuela Traldi çıxış edərək Azərbaycan-İtaliya əməkdaşlığı, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələr, ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, iqtisadi və turizm potensialı barədə məlumat veriblər. 

Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən videomateriallar göstərilib.

Tədbirin sonunda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Nabat” bədii filmi nümayiş etdirilib.

3.08.2017 20:57 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo