Qəbələ musiqi festivalında sonuncu kamera konserti keçirilib

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində sonuncu kamera konserti keçirilib. 

“Dörd əl axşamı” adlı konsertdə pianoçular-Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, 40-dan çox ölkənin simfonik orkestri və dirijorları ilə çıxış edən tanınmış pianoçu, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış edib.

Musiqiçilər Avropa bəstəkarları R. Şubert, İ. Brams, Q. Fore və C. Gerşvinin əsərlərini səsləndiriblər. (apa)

3.08.2017 19:57 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo