Prokurorluq serialla bağlı araşdırmalara başladı - FETÖ-yə aid kitaba görə

Samir Soltanov/AZADİNFORM. Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Çocuklar Duymasın” serialında Fətullahçı Terror Təşkilatına (FETÖ) aid olduğu iddia edilən "Barış Körpüləri; Dünyaya Açılan Türk Məktəbləri" adlı kitabın görüntüsünün yayımlandığı haqqında məlumat verilib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı İstanbul Baş prokurorluğunda araşdırmalara başlanılıb.  

Türkiyənin “Axşam” qəzetinin məlumatına görə, İstanbul Təhlükəsizlik Şöbə İdarəsinin əməkdaşları prokurorluq təlimatı ilə serialın həmin hissəsini araşdırmağa başlayıb. 

Qeyd edək ki, serialda istifadə edilən bir kitabxanada “Haluk” və “Meltem” obrazlarının söhbəti zamanı arxadakı rəfdə FETÖ-yə aid edilən "Barış Körpüləri; Dünyaya Açılan Türk Məktəbləri" adlı kitab diqqət çəkib. 

3.08.2017 11:07 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo