Maestro Niyazinin xatirəsi anılıb

Bu gün Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru beynəlxalq mükafatı laureatı maestro Niyazinin vəfatından 33 il ötür.

Avqustun 2-də bu münasibətlə sənətkarın mənzil-muzeyində tədbir keçirilib. Əvvəlcə maestronun yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Niyazinin musiqi tariximizdəki mövqeyindən, orijinal yaradıcılığından və fitri istedadından söz açıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan dirijorluq məktəbinin formalaşmasında, milli simfonizmin təşəkkülü və inkişafında maestronun böyük əməyi olub. Niyazi Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliğində mühüm işlər görüb, habelə Qərb və rus bəstəkarlarının əsərlərinə eyni dərəcədə professionallıqla dirijorluq edib.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova “Niyazi yaradıcılığında kino musiqisi” mövzusunda çıxış edib.

Tədbir çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Ülviyyə Hacıbəyova tərəfindən maestronun əsərləri səsləndirilib.

Sonda qonaqlar Niyazinin bəstəkarı olduğu “Fətəli xan” filminə baxıblar. (azərtac)

2.08.2017 21:27 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo