Facebookda çat-botlar öz dillərini yaradıblar

“Facebook”un proqramçıları süni intellekt əsasında yaradılan çat-botları deaktiv ediblər.

Məlumata görə, ilk öncə bütün çat botlar bir-biri ilə ingilis dilində ünsiyyət qurublar. Amma tezliklə çat-botlar öz aralarında daha sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Bu, çat-botların deaktiv edilməsinə səbəb olub. Proqramçılar bu addımı layihənin məqsədinə zidd olması ilə izah ediblər. Mütəxəssislər süni intellektin digər agentlərini yalnız ingilis dilində ünsiyyət üçün yenidən proqramlaşdırıb.

Bu sosial şəbəkənin yaradıcısı Mark Zukerberq əmindir ki, süni intellekt bəşəriyyətin gələcəyini yaxşılaşdırmağa kömək edəcək, hərçənd bir çoxu bu fikirdədir ki, süni intellekt böyük təhlükədir. (azərtac)

1.08.2017 20:04 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo