Məşhur türk serialında FETÖ təbliğatı Foto

Samir Soltanov/AZADİNFORM. Türkiyənin “Kanal D” telekanalında yayımlanan serialda skandal baş verib. 

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, serialdakı kitabxanada FETÖ-nün çirkli fəaliyyətlərini dünyaya çatdıran “Barış Körpüləri: Dünyaya açılan Türk Məktəbləri” adlı kitab yer alıb. Belə bir kitabın serialda yayımlanması sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan foto serialda istifadə edilən bir kitabxanada “Haluk” və “Meltem” obrazlarının söhbəti zamanı arxadakı rəfdə diqqət çəkib. Rəfdə “Barış Körpüləri: Dünyaya açılan Türk Məktəbləri” adlı kitabın görüntüsü nəzərə çarpıb.

Məsələ ilə bağlı serialın prodüseri Birol Güvən və ya “Kanal D” rəhbərliyi tərəfindən hər hansı bir münasibət bildirilməyib.

31.07.2017 15:50 / Baxılıb: 174 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
11.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo