Hər şeyi ilə hər dərdə çarə olan MEYVƏ

Meşəgilası hündürlüyü 2 metrdən 10 metrədək olan kol və ya ağac bitkisidir. Onun yaşlı gövdə və budaqlarının qabığı qəhvəyi rəngdədir, üzərində qara-boz rəngdə mərcilər yerləşir. Mayda çiçək açır, avqust-sentyabr aylarında meyvələri yetişir.

Meşə gilasının oduncağı çox qiymətlidir və yaxşı hamarlandığına görə xarratlar ondan müxtəlif mebel avadanlığı hazırlayırlar. Ağacın qabığından isə yaşıl boyanın hazırlanmasında istifadə olunur.

Mənbələrdə yazılır ki, vaxtilə Şah Süleyman Səfəvinin saray həkimi olmuş Məhəmməd Mömin yazırdı: “Gilas orqanizmdə tez həzm olur, qəbizlik zamanı faydalıdır. O, həmçinin öskürəyə kömək edir. Gilas adamı tez doyurur və iştahanı qaçırır. Ona görə də arıqlamaq istəyənlərə nahardan əvvəl gilas yemək məsləhət görülür. Şəkər xəstəliyinə düçar olanlar üçün gilas üzümdən daha çox faydalıdır. Həmin meyvələri tox vəziyyətdə yemək olmaz. Gilasın saplağını dəmləyərək sidikqovucu vasitə kimi içirlər. Meyvənin tumlarını üyüdərək dərini yumşaldan və üzün rəngini yaxşılaşdıran maska hazırlanır”.

Xalq təbabətində meşəgilasının meyvə, çiçək və yarpaqları, cavan gövdə və budaqlarının qabığından istifadə olunur. Meyvələrindən hazırlanan mors və ya kiselin qəbul edilməsi ishal və mədə-bağırsaq traktının pozğunluqlarında təyin edilir. Meyvə və çiçəklərinin dəmləməsi gözün selikli qişasının iltihabi xəstəliklərinin müalicəsində islatma dərmanı kimi tətbiq edilir. Cavan gövdə və budaqlarının qabığının bişirməsi tərqovucu vasitə kimi, dəmləməsi isə revmatizm əleyhinə faydalı təsir göstərir.

Tərdən baş verən bişməcə, ekzema və ayaqlarda rast gəlinən göbələk xəstəliklərində meşəgilasının yarpaqlarından bişirmə hazırlayıb qəbul edilir. (Azərtac)

29.07.2017 13:45 / Baxılıb: 319 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo