Aygün Kazımova modelyeri hədələyib

Modelyer Şəlalə Maqsudova xalq artisti Aygün Kazımovanın onu hədələdiyini deyib.

A.Kazımova modelyerin 9 ay əvvəl onun qızı İlqarə Kazımovaya tikdiyi paltarı geyinərək çəkdirdiyi şəkli İnstaqram səhifəsində paylaşıb. Lakin paltarın dizayneri olaraq Şəlalə Maqsudovanın yox, Rüfet İsmayılın adını qeyd edib.

Bu isə Ş.Maqsudovanı özündən çıxarıb. O bildirib ki, bu hadisə ona pis təsir edib:

“Aygün Kazımovanın İnstaqram səhifəsini izləmirəm. İlqarə üçün tikdiyim paltarı sosial şəbəkədə paylaşdım. Mənə dedilər ki, Aygün xanım həmin geyimdə fotosessiya edib və şəklin altında başqa dizaynerin adını yazıb. Mənə ultimatum göndərirlər ki, bu paltarın şəklini öz səhifəmdən silim. Niyə öz əllərimlə tikdiyim paltarı paylaşmamalıyam? Niyə başqası mənim tikdiyim paltarı öz adına çıxmalıdır? Aygün Kazımovanın oxuduğu mahnını başqası ağzını tərpədib oxusa və desə ki, mənimdir, ona necə təsir edər? Haqqıma girənlərə isə haqqımı halal eləmirəm”. (axsam.az)

28.07.2017 21:32 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo