Danışan avtomobil Hacı Murad +Fotolar

Samir Soltanov/AZADİNFORM. Türkiyədə maraqlı hadisə baş verib. 

Azadinform xəbər verir ki, Aydın rayonunda bir avtomobil həvəskarı el arasında "Hacı Murad" kimi tanınan “Murad 124” model avtomobilini 1980-ci illərdə Türkiyədə də yayımlanan "Qara Şimşək" serialındakı "Kitt" kimi danışdırmağı bacarıb. Barmaq izi ilə çalışan "Hacı Murad" xüsusi proqram sayəsində sürücüsü sükan arxasında əyləşdikdə "Yaxşı yol", avtomobildən düşdükdə isə "Yaxşı günlər" deyir. Avtomobil hər hansı bir təhlükə hiss etdikdə isə "Uzaqlaşın, əks halda polisə zəng edəcəyəm” – deyə səslənir.

27.07.2017 16:22 / Baxılıb: 219 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.08.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo