Jurnalistlər öz peşələri ilə fəxr etməyə başlayıblar

İnsan həyatında bir çox şeylərlə fəxr edir: vətəni ilə, dövləti ilə, prezidenti ilə, idmançısı ilə, ailəsi ilə... Ancaq hər birimiz əməyimizə yüksək dəyər verildiyini görəndə daha çox qürurlanır, daha böyük həvəslə çalışmağa başlayırıq.

Azərbaycan Prezidenti İlham Əliyevin biz jurnalistləri mənzillə mükafatlandırması onun milli mətbuatımızın inkişafı, ictimai maraqların qorunması istiqamətində bu günə qədər göstərdiyimiz fəaliyyətə diqqətlə və xüsusi qayğı ilə yanaşdığını növbəti dəfə sübuta yetirdi. Humanist prinsiplərə hər zaman önəm verən prezidentimiz jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və KİV-in maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ardıcıl sərəncamlar verir. Bu münasibətin dünyada analoqu yoxdur. Hətta bəzi ölkələr jurnalistlərə diqqət və qayğının Azərbaycan modelini tətbiq etmək barədə düşünməyə başlayıblar.


Möhtərəm Prezidentimiz 2010-cu ildən bu yana imzaladığı sərəncamlarla medianın inkişafı üçün 30 milyon manatdan çox vəsait ayırıb. Bu yardımlardan heç kəs kənarda qalmayıb. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mənzil almaq imkanı əldə etməsi, bütün qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması, hətta vəfat edən jurnalist ailələrinin mənzil ehtiyacının ödənməsi ölkə başçısının ən ali insani dəyərlərə sahib bir İnsan, sözün əsl mənasında, hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha təsdiq edir. 255 mənzilli binada mənzil alan jurnalistlərdən biri kimi demək istəyirəm ki, bu hadisə bizim öz işimizə daha məsuliyyətlə yanaşmağımıza, yaradıcılığımıza stumul verəcək.


İnsan yaradıcı fəaliyyəti ilə ailə durumunu yaxşılaşdıra bilirsə, bu fakt onu məşğul olduğu peşəni daha çox sevməyə sövq edir. Bu sevgini bizə bəxş edən Azərbaycan Prezidentidir. Onun mətbuata ardıcıl diqqəti 90-cı illərin əvvəlində böyük çətinliklər yaşayan mediaya axını təmin etdi. Bu gün doğrudan da, vaxtilə mətbuatı başqa sahəyə dəyişənlər geri qayıdır. Jurnalistlər öz peşələri ilə fəxr etməyə başlayıblar. Bu güvəni də bizə məhz ölkənin birinci şəxsinin dəstəyi qaytardı.


Cənab Prezidenti əmin edirik ki, dövlətçiliyimiz və milli maraqların qorunması istiqamətində bundan sonra da göstərəcəyi fəaliyyətdə biz jurnalistlər onun yanınızda olacaq, bütün imkanlarımızdan istifadə edərək ölkəmizə xidmət etməyə çalışacağıq. Bu müqəddəs missiyanın yerinə yetirilməsində prezident İlham Əliyevə və həmçinin jurnalist həmkarlarıma uğurlar arzu edirəm!

Ailə üzvlərimə yaşatdığı bu sevincə görə, əziz PREZİDENTİMə, doğmalarım və dostlarım adından dərin minnətdarlığımı çatdırır, təşəkkürümü bildirirəm!


İctimai Televiziyanın ictimai-siyasi proqramlar Departamentinin

direktoru Anar Yusifoğlu

26.07.2017 16:05 / Baxılıb: 477 / Çap
 
    Bu bölmədə
    1.12.2017
    Muzeydə dərs
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo