145 uşaq atası çoxarvadlılıqda günahkar bilindi

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi 61 yaşlı Uinston Blekmoru və onun keçmiş kürəkəni Ceyms Oleri çoxarvadlılıqda günahkar bilib. 

Bu barədə Azadinform "Yahoo News"a istinadən xəbər verir.

Ümumiyyətlə, 1990-ci ildən 2014-ci ilədək U.Blekmor 24 qadınla evlənib və bu evliliklər nəticəsində 145 uşağı dünyaya gəlib. Onun 53 yaşlı kürəkəninin isə 5 arvadı var. Hər ikisini 5 ilədək həbs cəzası gözləyir.

Bildirilir ki, onlar Mormonlar icmasının üzvləridir. Oler və Blekmor 1946-ci ildə yaradılan və 1,5 min poliqamiya tərəfdarını birləşdirən Bauntiful yaşayış məskənində yaşayırlar. Kommunanın iqtisadiyyatı natural mübadilə prinsipi üzərində qurulub. 

25.07.2017 21:38 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo