"Qəbələ" Polşada cavab qarşılaşmasına hazırlaşır

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yola düşüb.

Azadinform xəbər verir ki, “Qırmızı-qaralar” bu gün Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komandamız axşam məşqi ilə kifayətlənib. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.

Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

17.07.2017 23:57 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo