Qarabağ UEFA-ya müraciət edib

Məlum olduğu kimi, “Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Samtredia”yla qarşılaşacaq.

Azadinform-un məlumatına görə, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.

Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə ağdamlıların rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.

Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.

17.07.2017 23:26 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo