16 yaşlı qızı ilan sancıb

Tovuz sakinini ilan sancıb.

Məlumata görə, rayonun Əlibəyli kənd sakini, 2001-cı il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı həyətdə gəzərkən ilan onun sol ayağının dördüncü barmağından sancıb.

16 yaşlı qız dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, bu, gün ərzində Tovuzda ikinci ilansancma hadisəsidir. Günorta saatlarında rayonun Ağdam kəndində ilan 7 yaşlı qızı sancıb. (apa)

17.07.2017 22:34 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo