Böyük Britaniya baş nazirinin məşhurluq reytinqi ən aşağı səviyyəyə düşüb

Böyük Britaniyanın Baş naziri Tereza Meyin məşhurluq reytinqi ən aşağı səviyyəyə düşüb.

Bu barədə Azadinform Böyük Britaniyanın "Independent" nəşrinə istinadən xəbər verir.

"Opinium"un apardığı araşdırmanın nəticəsinə əsasən, leyboristlərin lideri Ceremi Korbinin populyarlığının artması fonunda Tereza Meyin reytinqi aşağı düşməyə başlayıb.

Britaniyalıların 30% Tereza Meyin fəaliyyətini dəstəkləyir, 51% isə əks mövqedədir.

Ceremi Korbinin göstəriciləri isə, müvafiq olaraq, 41% və 37%-dir.

Qeyd edilir ki, leyboristlər 18-54 yaş arasında olan əhali tərəfindən dəstəkləndiyi halda, mühafizəkarların tərəfdarları 55 və daha yaşlı insanlardır.

Sorğunun nəticələrinə əsasən, əhalinin 36% əvvəlki kimi Tereza Meyin baş nazir vəzifəsinə uyğun olması fikrindədir.

Yalnız 33% Korbinin bu vəzifədə olmasını münasib hesab edir. 

17.07.2017 21:54 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo