Qazaxıstanın neft hasilatı OPEC kvotasını ötüb

Qazaxıstan neft və qaz kondensatı hasilatını yanvar-iyun aylarında 3,739 mln. ton (27,4 mln. barel) və ya 9,6% artıraraq 42,529 mln. tona (311,7 mln. barel) çatdırıb. 

Azadinform "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, yanvar-iyun aylarında Qazaxıstanın gündəlik neft hasilatı 235 min ton və ya 1,722 mln. barel təşkil edib. Bu isə öz növbəsində Qazaxıstanın OPEC+ anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikdən 22 min barel və ya 1,29% çoxdur. 

Ümumiyyətlə, Qazaxıstan 2016-cı ilin noyabr ayında Vyanada keçirilən OPEC+ sammitində neft hasilatını 20 min barel azaldaraq 1,7 mln. barel/günə endirəmək barədə öhdəlik qəbul edib.

İyun ayında isə Qazaxıstanın neft hasilatı may ayı ilə müqayisədə 2% artaraq 1,737 mln. barel/gün təşkil edib. Hasilatın artması əsasən "Kaşaqan" neft yatağının işə başlaması ilə bağlı olub. Belə ki, iyun ayında bu yataqda hasilat 32% artaraq 5,3 mln. barel/gün təşkil edib. İlin sonuna qədər "Kaşaqan"da neft hasilatının 370 min barel/günə çatdırılması nəzərdə tutulub. 

17.07.2017 21:26 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo