Mobil operatorlar ilin ilk yarısında 400 mln. manat gəlir əldə edib

AZADİNFORM. Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri 828,4 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 3,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,1%-i və ya 398,1 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

17.07.2017 21:09 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.07.2017
    20.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo