Kirayə verilən mənzil yanıb

AZADİNFORM. Mingəçevirdə yanğın hadisəsi baş verib.

Azadinform xəbər verir ki, bu gün saat 15:30 radələrində Mingəçevir şəhərinin Şəhriyar küçəsindəki yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 28 saylı mənzildə yanğın olub. Əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

İki otaqlı evin bir hissəsi yansa da, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.  Məlumata görə, hadisə zamanı həmin mənzildə kirayə yaşayan 1994-cü il təvəllüdlü Rüfanə Quliyeva evdə olmayıb. Hadisə barədə yanğınsöndürənlərə qonşular məlumat verib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.        

Faktla bağlı araşdırma aparılır.

17.07.2017 20:58 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo