Azərbaycanda minik avtomobillərinin istehsalı 62,5% azalıb

AZADİNFORM. Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 131,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 25,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 18,8% artıb.

Altı ay ərzində fəvvarə armaturunun istehsalı 99,3%, ştanqlı quyu nasoslarının istehsalı 5,8%, minik avtomobillərinin istehsalı 62,5% azalıb, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,7 dəfə, traktorların istehsalı 2 dəfə artıb.

17.07.2017 20:43 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo