Azərbaycan magistral kəmərlərlə qaz nəqlini 10% artırıb

AZADİNFORM. 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 21 mln. 52,7 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, nəqletmənin 78,3%-ni Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 mln. 474,7 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3,263 mln. ton tranzit nefti də nəql edilib.

Bu ilin yarım ilində Azərbaycanın magistral qaz kəmərləri ilə 11 mlrd. 428,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artım müşahidə olunub. Qazın nəqlinin 33,3%-i Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə həyata keçirilib və 3 mlrd. 801,2 milyon kubmetr qaz ötürülüb.

17.07.2017 19:46 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo