Azərbaycanda yük və sərnişin daşınması artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 109,1 mln. ton yük və 938,7 mln. sərnişin daşınıb.

Bu, Dövlət Statistika Komitəsindən Azadinform-a daxil olan məlumatda bildirilib.

"Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,0%, sərnişin daşınması isə 2,4% artıb. Yüklərin 62,9%-i avtomobil, 26,8%-i boru kəməri, 6,6%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 87,4%-i avtomobil, 12,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb. 

Bundan başqa, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,1% azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 80,6% təşkil edib", - məlumatda qeyd edilib.

17.07.2017 19:17 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo