Lerik əhalisi susuz qalıb

Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb.

Məlumata görə, rayon mərkəzini içməli su ilə təmin edən boru xəttində qəza baş verib. Zuvand ərazisindən rayona çəkilən içməli su xəttinin təzyiqə tab gətirməyərək sıradan çıxdığı bildirilir. 

Sakinlərin sözlərinə görə, belə hallar tez-tez baş verir: "Hər dəfə qəza baş verəndən sonra yayın qızmarında susuz qalırıq. Məcbur olub marketlərdən qablaşdırılmış içməli su alırıq. Bəzi sakinlər isə su maşınlarının gəlməsini gözləyirlər. Bu kimi hallar yay aylarında daha çox olur". (report)

17.07.2017 18:20 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo