Arda Turan döyülüb Jurnalistlə davadan yeni iddialar

Samir Soltanov/AZADİNFORM. Türkiyə Futbol Federasiyasının idarə heyətinin sabiq üzvü Yaşar Aşçıoğlu Arda Turan haqda şok açıqlamalar verib. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bu barədə “Fanatik”ə danışan Aşçıoğlu TFF-nin prezidenti Yıldırım Dəmirörənin yaxın dostunun Türkiyə millisinin sabiq kapitanı Arda Turana yumruq vurduğunu deyib. 

O, bu hadisənin Türkiyə millisinin 2015-ci ildə Qətərdəki təlim-məşq toplanışı zamanı baş verdiyini bildirib: “Yıldırım Dəmirörənin Kərəm adında qonağı gəlmişdi. Oteldə Kərəm Bəy Arda arasında münaqişə baş verdi. Onlar yumruqlaşdı. Qətərdən geri qayıdanda hərəkətindən peşman olan həmin şəxs başqa təyyarəyə minmək istədi. Ancaq Dəmirörən dostunu yaxşı bir şey etmiş kimi milli komanda ilə birlikdə gətirdi. Arda məsələsinin ilk qığılcımı da orada oldu. Bilal Meşə söhbəti də bu məsələyə görə oldu". 

Xatırladaq ki, jurnalist Bilal Meşə ilə yaşanan qalmaqaldan sonra Arda Turan milli karyerasını bitirdiyini açıqlayıb.

17.07.2017 18:05 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo