"Narkotik meşəsi" aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Ağdaş rayonunun Ağzıbir kəndi ərazisindəki meşə zolağında kənd sakini olan bir nəfərin kultivasiya yolu ilə çətənə kolları yetişdirməsi barədə Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. 

DİN mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, əməliyyat qrupu məlumatın yoxlanılması məqsədi ilə həmin əraziyə gələrək müvafiq araşdırmalar aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində meşə zolağında kollarla əhatələnmiş ərazidə çətənə kollarının yetişdirildiyi və yenicə sulanmış sahə aşkarlanıb. Ərazinin görünməz hala gətirilməsi, diqqət çəkməməsi üçün ora hərtərəfli hündür kollar və bitkilərlə örtülərək gizlədilmişdi.

Polis əməkdaşları tərəfindən çətənə kollarını kultivasiya yolu ilə yetişdirməkdə şübhəli bilinən kənd sakini Cabir Şahmuradov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun iştirakı ilə həmin əraziyə baxış keçirilib, oradan ümumi çəkisi 423 kiloqram olan 260 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

C. Şahmuradov kollarla maskaladığı sahəyə düzəltdiyi nəzərəçarpmaz dar keçiddən sürünərək keçdiyini, hər dəfə özü ilə plastmas qablarda su gətirərək çətənə kollarını sulayıb qulluq etdiyini etiraf edib.  

Faktla əlaqədar Ağdaş RPŞ-də cinayət işi başlanılıb.

17.07.2017 17:33 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo