Azərbaycanda qeydə alınan və pozulan nikahların sayı açıqlandı

Eşqin Nuruşov/AZADİNFORM.  Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58 217 doğulan körpə qeydə alınıb.

Azadinform xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.

Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir.

Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 25 638 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. Eyni zamanda, bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 044 nikah və 6 207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1078 nəfər Azərbaycana gələn, 607 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 471 nəfər təşkil edib.

17.07.2017 16:35 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo