Prezidentlər payızda görüşə bilər

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda ilkin razılaşma ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər zamanı, bir neçə həftə öncə əldə edilib.

Azadinform news.am-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan bildirib. O qeyd edib ki, Ermənistan tərəfi vasitəçiləri öz mövqeyi barədə məlumatlandırıb: “Bizim xüsusi gözləntilərimiz yoxdur, lakin görüşə qarşı deyilik”. Sarkisyan əlavə edib ki, prezidentlər səviyyəsində görüş ciddi hazırlanmalıdır: “Konkret təkliflərlə bağlı mövqe olmalıdır. Lakin indi belə bir iş aparılmır. Biz görüşə qarşı deyilik. Görüş bu ilin payızında baş tuta bilər”.

17.07.2017 16:20 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo