Ağdaşda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Ağdaş rayonunda 4 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

Məlumata görə, hadisə Ağdaş-Qəbələ avtomobil yolunun 8-ci kilometrliyində qeydə alınıb.

“QAZel” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində Yevlax sakini, 1994-cü il təvəllüdlü Bəhruz Bəşirli, Qəbələ sakinləri, 1993-cü il təvəllüdlü Tural Şükürov, 2013-cü il təvəllüdlü Yusif Məhərrəmov, 1991-ci il təvəllüdlü Güldanə Məhərrəmova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

17.07.2017 16:30 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo