Əhalinin nominal gəlirləri 23,5 milyard manatı keçib

Samir Soltanov/AZADİNFORM. Bu ilin birinci yarısında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 23 mlrd. 526,7 mln. manata çatıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 mln. 422,9 manat təşkil edib. 

Bu dövr ərzində gəlirlərin 86,3%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3%-i isə yığıma yönəldilib. 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21 mlrd. 526,8 mln. manatlıq vəsait qalıb.

17.07.2017 16:25 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo