"Xəzər dənizinin statusu üzrə yekun sənəd 80 faiz razılaşdırılıb"

“Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti yaranıb”.

Məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib: "Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup yaradılıb. Yekun sənədin təxminən 70-80 faizi artıq razılaşdırılıb".

Nazirin sözlərinə görə, Xəzər dənizi - "ayıran deyil, birləşdirən sərvətdir".

E. Məmmədyarov əlavə edib: "Müsbət amildir ki, Xəzəryanı dövlətlər addım-addım cəhdlərini birləşdirərək, məsələnin həllinə yaxınlaşıblar. Baxmayaraq ki, dənizin hüquqi statusu hələ müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı fəaliyyət, terrorizmə qarşı mübarizə kimi məsələlərdə hüquqi baza formalaşdırılıb. Məhz bu baza bizə imkan verir ki, hüquqi status məsələsinin müəyyən edilməsi istiqamətində irəliləyişə nail olaq ".

Qeyd edək ki, Xəzəryanı dövlətlər - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran 2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə çərçivə sazişi imzalayıblar. (trend)

17.07.2017 16:03 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo