Münaqişənin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır

“Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır”. 

Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib. 

İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Burada dövlət başçıları səviyyəsində görüşün təşkil edilməsi təklif olunub. 

E. Məmmədyarov qeyd edib ki, müvafiq olaraq, xarici işlər nazirləri bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar: "Görüş münaqişənin həlli prosesində mühüm elementdir". 

Lakin nazir vurğulayıb ki, bu görüşlər sadəcə görüş xatirinə keçirilməməlidir: "Əgər dövlət başçıları səviyyəsində görüş təşkil olunursa, düşünürəm ki, həmsədrlər tərəfindən təklif edilən münaqişənin nizamlanması və onun implementasiyası üzrə planın müzakirəsini təmin etmək lazımdır". (trend)

17.07.2017 15:58 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo