243 mindən çox Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib

2017-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə ümumilikdə 8 mln. 762,509 min nəfər xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55% çoxdur. 

Məlumata görə, hesabat dövründə Rusiyadan Türkiyəyə 928,376 min nəfər səfər edib.

Siyahının lideri Rusiyanın ardınca qardaş ölkəyə ən çox Gürcüstan vətəndaşları gəlib ki, onların sayı 874,955 min nəfər təşkil edib. Üçüncü yerdə qərarlaşan Almaniyadan Türkiyə 863,572 min, İrandan 774,010 min, Bolqarıstandan 638,409 min, İngiltərədən 396,515 min, Ukraynadan 316,252 min, Azərbaycandan 243,421 min, İraqdan 239,996 min, Hollandiyadan 205,931 min, Yunanıstandan 204,806 min nəfər səfər edib.

İsrail, Səudiyyə Ərəbistanı, Fransa, Rumıniya, ABŞ-dan Türkiyəyə səfər edənlərin sayı 100 min nəfəri ötməyib. (apa)

17.07.2017 14:50 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo