32 min siqaret müsadirə edilib

Eşqin Nuruşov/AZADİNFORM. Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90 -TT- 380 nömrə nişanlı, “Niva” markalı nəqliyyat vasitəsi Bakıda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı yük yerində üzərində Azərbaycanın aksiz markası olmayan 15.000 ədəd “De Santıs White” və 17.000 ədəd “Cavallo Play” markalı siqaretlər askar edilib.

Faktla bağlı araşdırma aparılır.

17.07.2017 14:40 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo