Bu il 31 milyard manatdan artıq ÜDM istehsal edilib

Samir Soltanov/AZADİNFORM. Bu ilin birinci yarısında ölkədə 31 mlrd. 310,6 mln. manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% artıb, neft-qaz bölməsində isə 6,6% azalıb. 

Ümumi daxili məhsulun 13 mlrd. 195,2 mln. manatı sənayedə, 3 mlrd. 414,6 mln. manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 2 mlrd. 536,8 mln. manatı tikintidə, 2 mlrd. 249,6 mln. manatı nəqliyyat və anbar təsərrüfatı, 1 mlrd. 559,9 mln. manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 mln. manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 mln. manatı informasiya və rabitə sahələrində, 4 mlrd. 711,7 mln. manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2 mlrd. 247,8 mln. manat təşkil edib.

17.07.2017 13:37 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo