İskəndəri sınaqdan keçirmək istəyirlərsə, qoy keçirsinlər

Leyla Məhərrəmova / AZADİNFORM. “Bu illər ərzində Ermənistan prezidenti Serj Sarkisyan çoxlu sayda məntiqsiz və əsassız bəyanatlar verib. Onun “İskəndər”lə bağlı bəyanatı da boş ifadədir”.

Bu fikri Azadinform-a Sarkisyanın Ermənistanın İskəndər raket sistemlərindən istifadə etməsinin mümkünlüyü barədə fikrini şərh edən politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi  potensialından qat-qat güclüdür. Bunu hətta erməni hərbçiləri özləri də etiraf edir: “Azərbaycanın müdafiə naziri bildirib ki, bizim Ermənistanın “İskəndər”lərini vurmaq və onlardan müdafiə olunmaq imkanlarımız var. Çünki ordumuzda yüksək texnologiyaya uyğun silahlar var və onları hər zaman istifadə etməyə hazırıq”.

Politoloq deyib ki, biz həm xarici ölkələrdən silah alırıq həm də Azərbaycan özü də silah istehsal edir: “Bu silah sınaqdan da keçib və Ermənistanın təxribatlarına cavab verməyə hazırıq. Alxanlı kəndində ermənilərin törətdiyi təxribatdan sonra biz qarşı tərəfə güclü zərbə endirmişik. Əgər ermənilər “İskəndər”i sınaqdan keçirmək istəyirlərsə qoy etsinlər, baxsınlar bu necə nəticə verəcək”.

17.07.2017 13:30 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo