Azərbaycan xarici siyasətində Rusiya maraqlarını nəzərə alır

“Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir”. 

Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib. N. Məmmədov bildirib ki, Azərbaycan xarici siyasətində strateji tərəfdaşlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır: “Rusiya yüz illiklərlə əlaqəmiz, yüksək səviyyədə əməkdaşlığımız olan dövlətdir. Bizim planlarımıza Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir”. 

Bununla yanaşı prezidentin köməkçisi qeyd edib ki, RF Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi və Rusiya XİN-in Bakıya qarşı bir sıra sərt bəyanatları Azərbaycanda anlaşılmayıb. (trend)

17.07.2017 13:05 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo