Varşava Müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi

“Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsipləri saxlaya bilməyib”. 

Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib. N. Məmmədov qeyd edib ki, dünyanın belə olmasına səbəb ədalətin mövcud olmamasıdır: "Varşava Müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?" 

O, Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır: “Bu gün elə vəziyyət yaranıb ki, bir müharibə ilə heç nə həll etmək mümkün deyil. Belə ki, hər hansı münaqişə yeni münaqişə doğurur və superdövlətlər bu məsələdə fəal iştirak edirlər". 

Azərbaycan Prezidentinin köməkçisi xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, bura da “beynəlxalq arenada lazım olanda öz sözünü deyə bilən” dövlətlər daxildir. (trend)

17.07.2017 13:00 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo