DİN: İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxs əvvəllər də məhkum olunub

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxslə bağlı məlumat yayıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E. Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb. 

E. Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb. 

Faktla əlaqədar cinayət işi başlanılıb.



12:46



Abşeron rayonunda silahlı insident baş verib. Məlumata görə, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb. Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)

17.07.2017 13:24 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2017
    21.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo