Prezident İlham Əliyevin Riqada rəsmi qarşılanma mərasimi olub

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra hədiyyələr təqdim edilib.

17.07.2017 12:00 / Baxılıb: 278 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo