Jurnalistlər üçün pulsuz müayinə olacaq

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda media nümayəndələri üçün 22 iyul - Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış” adlı aksiya keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən Azadinform-a verilən məlumata görə, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Mərkəzin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər.

Qeyd edək ki, gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 09:00-dan 16:00-dək mərkəzə müraciət edə bilərlər.

17.07.2017 12:02 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo