Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur

“Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur”. 

Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. K. Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. 

Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlərlə bağlı aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan  cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət alıb, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib: “On nəfər isə vəzifəsindən azad edilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 1 təqdimat göndərilib”. 

K. Əliyev qeyd edib ki, bank sahəsində 32 şəxs barəsində 19 cinayəti işi istintaq edilərək məhkəmələrə göndərilib: “Təhsil sahəsində 12 şəxs barəsində 10 cinayət işi, tikinti sahəsində 5 şəxs barəsində 4 cinayət işi, Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin 5 əməkdaşı barədə 3 cinayət işi, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4 cinayət işi istintaq edilib”. (apa)

17.07.2017 11:51 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo