Deputat: Qiymətlərin artırılması üçün heç bir iqtisadi əsas yoxdur

AZADİNFORM. “Tarif Şurası tərəfindən Aİ 92 markalı benzinin qiymətinin artırılması  nə kənd təsərrüfat məhsulları, nə də digər sahələrdə qiymətlərə təsir etməyəcək. Kənd təsərrüfatı, ictimai nəqliyyat üçün dizel yanacaqlarından istifadə olunur”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O qeyd edib ki, qiymət artımının sözügedən sahələrə heç bir təsiri yoxdur. Deputatın sözlərinə görə, Aİ 92 markalı benzinin qiymətinin qalxması ekoloji baxımdan əlverişli şərait yaradacaq: “Digər tərəfdən bu Aİ 92 markalı benzinin ixrac qabiliyyətini artıracaq. Düzdür, bundan sui-istifadə etməyə cəhd edənlər ola bilər. Ancaq heç bir iqtisadi əsas yoxdur ki, qiyməti artırsınlar”. A. Hüseynov əlavə edib ki, ölkədə aparılan iqtisadi siyasətin başlıca istiqaməti sosial yönümlüdür: “Aİ 92 qiymətinin artırılması nəticəsində əldə edilən gəlirlər sosial layihələr, əhalinin rifahının yüksəldilməsi, əmək haqlarının artırılması kimi sahələrə yönəldiləcək”.

17.07.2017 11:40 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2017
    22.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo