İsrail TANAP-a qoşulur

“2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisində dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır”. 

Bu barədə İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bildirib. Onun sözlərinə görə, kəmərin tikintisinə dair qərar tərəflər arasında aparılan dörd mərhələdən ibarət danışıqlardan sonra qəbul olunub. Qəbul olunan qərara əsasən, Aralıq dənizində yerləşən Leviafan qaz yatağından Türkiyə sahillərinədək, oradan isə TANAP kəmərinədək borunun tikintisi aparılacaq. 

Nazir qeyd edib ki, İsrail həmçinin Kipr və Yunanıstan üzərindən İtaliyaya ikinci qaz kəmərinin tikintisini də planlaşdırır. Y. Ştaynits iddia edir ki, ölkəsi hər iki kəməri qazla təmin etmək iqtidarındadır. (apa)

17.07.2017 10:54 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo