Kənddə doğulan uşaqların sayı şəhəri üstələyir

Samir Soltanov/AZADİNFORM. Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayına görə kənd yerləri şəhər yerlərini üstələyir. 

Azadinform xəbər verir ki, 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulub. Onun 934-ü şəhər, 1875-i kənd yerlərində doğulub. 

2015-ci ildə yaşı 18-dək olan analar tərəfindən doğulan 2895 uşağın 1003-ü şəhər, 1892-si kənd, 2014-cü ildə - 3296 uşağın 1054-ü şəhər, 2242-si kənd yerlərində, 2013-cü ildə - 2855 uşağın 889-u şəhər, 1966-sı kənd yerlərində, 2012-ci ildə isə 3236 uşağın 1067-si şəhər, 2169-u kənd yerlərində dünyaya gəlib.

17.07.2017 10:04 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2017
    22.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo