Suraxanıda "DAEWOO", Sabunçuda "Mercedes" yanıb

Adəm Abbaslı/AZADİNFORM. Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azadinform-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

17.07.2017 09:10 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo