NASA Marsdakı nəhəng rəngli kraterlərin şəkillərini nümayiş etdirib

NASA agentliyi Marsın müxtəlif rəngli kraterlərinin nadir şəkillərini dərc edib.

Azadinform xəbər verir ki, alimlərin fikrincə, bu geoloji obyektlər daha çox nəhəng rəngli soxulcanlara bənzəyir.

Foto "Mars Orbiter Reconnaissance" aparatı ilə çəkilib. Ekspertlər hesab edirlər ki, kraterlər Marsa asteroidin düşməsindən sonra yaranıb.

Bundan başqa, onlar bu torpaqda dəmir və piroksen olduğunu ehtimal edirlər. Onların fikrincə, bunu göy və mavi rənglər göstərir. Lakin sarı rəngin nədən xəbər verdiyini isə alimlər hələ müəyyən etməyiblər.

16.07.2017 17:43 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo