İŞİD-in yeni lideri açıqlandı - Fransa vətəndaşıdır

Ərəb mətbuatı İŞİD-in öldürülən eks-lideri Əbubəkr əl-Bağdadinin yerinə gələcən şəxsin adını açıqlayıb.

Azadinform xəbər verir ki, “Əl-Ərəbiyyə” kanalı rəhbərliyə İŞİD-in Livan üzrə nümayəndəsi Cəlaləddin əl-Tunisinin gələcəyini iddia edib.

1982-ci ildə Tunisdə doğulan Cəlaləddinin əsl adı Məhəmməd Bin Saləm əl-Ayunidir. 90-cı illərdə ailəsi ilə birlikdə Fransaya sığınaraq bu ölkənin vətəndaşlığını alıb.

2011-ci ildə Tunisdə baş verən “Ərəb Baharı” zamanı oraya getmiş, daha sonra İŞİD-ə qatılmışdı.

İddia ilə bağlı hələlik İŞİD-dən açıqlama verilməyib.

16.07.2017 17:12 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo