27 yaşlı oğlanı maşın vurdu

Yolu keçmək istəyən Tovuz sakinin avtomobil vurub.

Məlumata görə, rayonun Dönük Qırıqlı kənd sakini, 1990-cı il təvəllüdlü Musayev Nihad Əhməd oğlu müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının bildirdiyinə görə, N. Musayevi yoldan keçən zaman avtomobil vurub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

16.07.2017 16:21 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.07.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo